BANK

31 Avqust

VTB (Azərbaycan)-da yeni təyinat

Qafarov İlham Qafar oğlu VTB (Azərbaycan) bankının Audit Komitəsinin sədri vəzifəsinə təyin edilib. Bu barədə qərar bankın Səhmdarlarının Yığıncağında qəbul edilib.

Fins.az xəbər verir ki, o, yeni təyinatla yanaşı, bankın Müşahidə Şurasının müstəqil üzvü vəzifəsində çalışmağa davam edəcək.

Qeyd edək ki, Qafarov İlham Qafar oğlu 1981-ci ildə Gəncədə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisası üzrə bakalavr və magistr təhsili alıb.

AccessBank, Azərbaycan Beynəlxalq Bankı, VTB (Azərbaycan) və digər beynəlxalq maliyyə təşkilatlarında bank eksperti və milli məsləhətçi vəzifələrində çalışıb.

Zemfira Ms
Fins.az