Azərbaycanda qüvvədə olan qanunvericiliyin kapital bazarının inkişafına təsirini qiymətləndirmək məqsədilə diaqnostika aparılması planlaşdırılır.
Fins.az xəbər verir ki, bunu "Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası" (AFBİA) ictimai Birliyinin icraçı direktoru Murad Yəhyayev "Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası" (ATMİA) İctimai Birliyinin AFBİA-a ilə birgə keçirdiyi tədbirdə bildirib.
Onun sözlərinə görə, bu analiz qanunvericiliyin kapital bazarının inkişafına necə təsir etdiyini öyrənmək və mövcud çatışmazlıqları müəyyən etmək məqsədini güdür.
M.Yəhyayev bildirib ki, diaqnostikanın nəticələrinə əsasən qanunvericiliyə əlavə və güzəştlərin tətbiqi ilə bağlı araşdırmalar aparılacaq:
"Bu prosesdən sonra qanunvericilikdə hansı dəyişikliklərin edilməsi lazım olduğu və bununla bağlı təkliflərin hazırlanması planlaşdırılır. Bu tədbir, kapital bazarının daha səmərəli fəaliyyətini təmin etmək məqsədini daşıyır".
Fuad Mədətov
Fins.az