Mərkəzi Bank tərəfindən maliyyə və mərkəzi bankçılıq sahəsində məlumatlılığın artırılması məqsədilə təlimlərin təşkili davam etdirilir.
Fins.az xəbər verir ki, növbəti təlim iyul ayının 5-də “Likvidliyin örtülmə əmsalı” mövzusunda keçirilib. Mərkəzi Bank əməkdaşları tərəfindən likvidlik riski, onun mənbəyi və idarə edilməsi, o cümlədən likvidliyin örtülmə əmsalının tətbiqi ilə bağlı məqamlar əhatə edilib. Həmçinin beynəlxalq təcrübədən nümunələr üzrə praktiki məlumatlar paylaşılıb.
Təqdimatın gedişatı zamanı mətbuat nümayəndələrinin sualları da cavablandırılıb.
Təlimin sonunda Mərkəzi Bankın sədri Taleh Kazımov iştirakçılarla görüşərək onları maraqlandıran mövzular ətrafında müzakirələrə qatılıb.
Fuad Mədətov
Fins.az