Azərbaycan Respublikası Mərkəzi Bankının sədr müavini Əliyar Məmmədyarov Düşənbədə Seçki Qrupunun Toplantısı çərçivəsində “Yaşıl iqtisadiyyat iqtisadiyyatların inkişafı üçün alternativ kimi” mövzusunda təşkil olunan müzakirə panelinə qatılıb.
Fins.az xəbər verir ki, yaşıl maliyyənin inkişafından danışan Ə.Məmmədyarov dayanıqlı iqtisadiyyata keçidin zərurətə çevrildiyini, maliyyə sektorunun bu prosesin dəstəklənməsində böyük rola malik olduğunu vurğulayıb.
O, həmçinin yaşıl maliyyə üçün funksional ekosistemin qurulması istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən strateji təşəbbüslərdən danışıb.
Fuad Mədətov
Fins.az