Bu ilin I rübündə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş 1,5 milyard birbaşa xarici investisiyada neft-qaz sektorunun xüsusi çəkisi 87,6 % olub.
Fins.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz bəndi çoxdur.
Son 1 ildə birbaşa xarici investisiyalar 0,5 % artıb.
Fuad Mədətov
Fins.az