BANK

12 İyun

Azərbaycandan xarici ölkələrə pul köçürmələrinin həcmi 131 milyon ABŞ dolları olub - İLK BEŞLİK ÖLKƏLƏR

2024-cü ilin I rübünün yekunlarına görə, Azərbaycandan xarici ölkələrə pul köçürmələrinin həcmi 131 milyon ABŞ dolları olub.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən brifinqdə qurumun Statistika Departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, I rübün yekunlarına görə, Azərbaycandan pul köçürmələrinin həcminə görə ilk beşliyə 38,6 milyon ABŞ dolları ilə Türkiyə, 16,2 milyon dollarla Rusiya, 14,6 milyon dollarla Gürcüstan, 14 milyon dollarla ABŞ və 6,8 milyon dollarla Böyük Britaniya daxildir.

Qeyd edək ki, 2023-cü ilin yekunlarına görə, Azərbaycanda fiziki şəxslərin xarici ölkələrə pul köçürmələrinin həcmi 550,126 milyon ABŞ dolları olub.

Fuad Mədətov
Fins.az