2024-cü ilin I rübündə Azərbaycana daxil olan pul baratlarının həcmi 294 milyon dollar təşkil edib. Bununla belə, pul baratlarının həcmi əvvəlki ilə nisbətən 35% azalıb.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən brifinqdə qurumun Statistika Departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu ölkədən daxil olan pul baratlarının ümumi məbləğində azalma var. Bu da Ukrayna ilə müharibəyə görədir:
"2022-ci ildə Rusiya-Ukrayna münaqişəsilə bağlı xüsusilə də Rusiyadan Azərbaycana yüksək həcmdə pul baratları daxil olurdu. İndi həmin pul baratları azalıb. Bu isə ümumi həcmə təsir edib.
I rübdə ilk 5-liyə Rusiya (155 milyon ABŞ dolları), Türkiyə (39 milyon ABŞ dolları), ABŞ (14 milyon ABŞ dolları), Gürcüstan (9 milyon ABŞ dolları) və Böyük Britaniya (8 milyon ABŞ dolları) daxil olub".
Fuad Mədətov
Fins.az