BANK

12 İyun

Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının ÜDM-də payı 10,1 % təşkil edib - Mərkəzi Bank

2024-cü ilin birinci rübündə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının ÜDM-də payı 10,1 % təşkil edib.

Fins.az xəbər verir ki, bunu keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.

Onun sözlərinə görə, cari əməliyyatlar hesabının (CƏH) profisiti 1,7 mlrd. dollar təşkil edib.

Qeyd edək ki, Mərkəzi Bank 2024-cü ilin yekunu üzrə cari əməliyyatlar hesabının profisitli olacağını proqnozlaşdırır.

Fuad Mədətov
Fins.az