Kapital Bank digər banklarda kredit öhdəliyi olan müştərilər üçün əlverişli kredit imkanı yaratmağa davam edir. Xəbər verdiyimiz kimi, bu xidmətdən faydalanmaqla müştərilər digər banklarda olan kredit öhdəliyini Kapital Bank-a gətirməklə kreditlərini nağdlaşdırma komissiyası olmadan əldə edirlər.
Fins.az xəbər verir ki, yüksək faizlərdən və bir neçə yerə kredit ödəməkdən azad olmaq fürsəti yaradan kampaniya 3 iyun 2024-cü il tarixinədək keçərlidir. Həmçinin kreditlərini Kapital Bank-a gətirən müştərilər nağd kredit lotereyasında iştirak etmək şansı da qazanırlar.
Kampaniyadan yararlanmaq üçün 1 yazıb 8196 nömrəsinə göndərə və ya sizə ən yaxın Kapital Bank filialına yaxınlaşa bilərsiniz. Xatırladaq ki, Kapital Bank-dan 10.9%-dən başlayan xüsusi şərtlərlə 50 000 AZN-dək nağd kredit əldə etmək mümkündür.
Ətraflı məlumat üçün: //kbl.az/rkgtk2
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.
Fuad Mədətov
Fins.az