Bu ilin yanvar ayında Azərbaycan Mərkəzi Bankına (AMB) “Whatsapp” üzərindən 203 müraciət daxil olub.
Fins.az bu barədə AMB-yə istinadən xəbər verir.
Bundan başqa, ötən ay quruma 1 381 nəfər yazılı müraciət edib, 5 821 zəng daxil olub ki, bunun da 1 629-u banklarla, 645-i sığorta, 1-i kapital bazarı və 3 546-sı isə digər məsələlərlə bağlı olub.
Həmçinin, yanvarda AMB-də 172 vətəndaş qəbul edilib.
Fuad Mədətov
Fins.az