İyun ayında FED-in ilk faiz endirimini gözləyən Citigroup strateqləri, növbəti bir neçə ilin 1990-cı illərin sonlarına bənzəyəcəyini irəli sürdülər. 1998-ci ildə Rusiyanın yaratdığı böhranın kölgəsində uçot dərəcəsini üç dəfə endirən FED, daha sonra inflyasiya təzyiqlərini idarə etmək üçün 1999-cu ilin iyun ayından başlayaraq sərtləşdirmə dövrünə keçdi.
Fins.az xəbər verir ki, Citi strateqi Jason Williams, “Bazarlar 1998-ci ilə və gələcək faiz artımı ehtimalı ilə qiymətə baxmalıdır. Cari dövr 1998-ci il yumşaldılması dövrü ilə oxşarlıqlar daşıyır. İnflyasiya daimi olaraq 2%-ə qayıtmasa, FED-in gələcək üçün faiz dərəcələrini artıracağının şahidi olacağıq” dedi.
Williamsın fikrincə, inflyasiyanın davamlılığı neytral FED faiz dərəcəsi ilə bağlı müzakirələri qızışdıracaq və bu, gəlir əyrisinin kəskinləşməsinə səbəb olacaq.
Günel Məlikzadə
Fins.az