Mərkəzi Bankın proqnozlarına görə, 2024-cü ildə cari əməliyyatlar hesabının profisitinin 7-8 milyard ABŞ dolları olacağı gözlənilir.
Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
Məlumatlara görə, bu proqnoz baza ssenariyə əsaslanıb və gələn il ümumdaxili məhsulun (ÜDM) 9-10%-i səviyyəsində gözlənilir.
Qeyd edək ki, Mərkəzi Bankın məlumatlarına əsasən, 2023-cü ilin yanvar-sentyabr aylarında cari əməliyyatlar hesabının profisiti 6,7 milyard ABŞ dolları olmaqla ÜDM-in 12,5 faizini təşkil edib.
Fuad Mədətov
Fins.az