BANK

10 Sentyabr

Orxan Məmmədov Azərbaycandakı türk bankının rəhbəri ilə görüşüb

Ziraat Bank Azərbaycan İdarə Heyətinin Sədri Dr. Selçuk Demir ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin Sədri Orxan Məmmədov arasında görüş keçirilib.

Fins.az xəbər verir ki,görüşdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılaraq Bankın kiçik və orta biznesə dəstək imkanları müzakirə olunub.

Qeyd edək ki, 2019-cu ildə Ziraat Bank Azərbaycan-la Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında əməkdaşlığa dair Niyyət protokolu imzalanıb. Sənədə əsasən kiçik və orta sahibkarlığa dəstək məqsədilə bir sıra tədbir və layihələr həyata keçirilib.

Müəllif:Aynur Qəniyeva