BANK

10 Sentyabr

 PAŞA Bank Qarabağ Dirçəliş Fondu tərəfindən “İanə sertifikatı” ilə təltif olunub

8 sentyabr tarixində Qarabağ Dirçəliş Fondunun Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvləri ilə birgə görüşü keçirilib. Görüşdə “PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımov da iştirak etmişdir.
Tədbirin sonunda “PAŞA Bank” Qarabağ Dirçəliş Fonduna işğaldan azad olunan ərazilərdə görülən işlərə verdiyi dəstəyə görə “İanə sertifikatı” ilə təltif olunmuşdur.
Qeyd edək ki, 2021-ci ilin fevral ayında “PAŞA Bank” tərəfindən Qarabağ Dirçəliş Fonduna 500 000 AZN ianə olunmuşdur.