BANK

08 Sentyabr

AYİB-in Azərbaycan üzrə portfeli yenidən artıb

Bu ilin avqustun 31-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi 35 layihə üzrə 1 milyard 132 miylon avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. Bu rəqəm bank tərəfindən təqdim edilən son göstərici (iyulun 31-i) ilə müqayisədə 0,4% artıb. Layihələrin sayı isə dəyişməz olaraq qalıb.

Bu barədə AYİB-dən bildirilib.

Qeyd olunub ki, portfelin 78%-ini (887 milyon avro) dayanıqlı infrastruktura yatırımlar, 20%-ini (225 milyon avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 2%-ini (20 milyon avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə avqust ayında 1% artaraq 1 milyard 19 milyon  avroya yüksəlib.

Beləliklə, AYİB bu günədək Azərbaycana 3 milyard 172 milyon vro həcmində investisiya yatırıb və sözügedən həcmin 85,1%-i (2 milyard 698 milyon avro) borc götürənlər tərəfindən artıq mənimsənib. Ümumi investisiyaların 22%-i özəl sektorun payına düşüb.

Xatırladaq ki, təkcə 2020-ci ildə bank Azərbaycana 6 layihə üzrə 17 milyon avro həcmində investisiya yatırıb. Ayrılan vəsaitin həcmi 2019-cu il ilə müqayisədə dəyişməyib, lakin layihələrin sayı 5-dən 6-ya yüksəlib.

APA