BANK

08 Sentyabr

Avropada ən çox kiberhücum Azərbaycan banklarına olunur

Müasir Dünyada rəqəmsallaşmanın artması ilə kiber təhlükəsizlik təhdidlərinin sayı da çoxalıb.Yaxın zamanlarda ən böyük maliyyə qurumlarına məxsus böyük vəsaitlərin silindiyini eşitmiş ola bilərsiniz.  rəqəmsal olaraq bağlandığı üçün kiber cinayətkarlar üçün də əlverişli şərait yaranır. Qlobal iqtisadi cinayət araşdırmasına görə, kiber cinayətlər heç vaxt olmadığı qədər artib və ən çox bildirilən iqtisadi cinayətdir. Dünya rəqəmsallaşdıqca kiber cinayətkarlar həssas məlumatlara hücum etmək və onları əldə etmək üçün yeni yollar tapırlar. 

Kibertəhlükəsizliyi təhdid edən əsas hücumlardan biri də fişinq hücumlarıdır. Şirkətlərin fəaliyətinə olan kibertəhidlərin aradan qaldırılmasını təmin edən  "Vanderlog"  şirkətinin rəhbəri Nurlan Abışov "Fins.az"-a bildirib ki, Fişinq mail, sms, saxta kampaniyalar vasitəsilə etibarlı bir mənbə kimi gizlənərək zərərli fəaliyyətlər üçün kredit kartı məlumatları və s. kimi həssas məlumatları əldə etmək cəhdidir. Təəssüflər olsun ki, hazırda bu növ hucumların qurbanları daha da coxalır. Son zamanlar en cox müşahidə etdiyim hallardan biri, bəzi supermaketlərin adından istifadə edərək müxtəlif kampaniyalar adı altında saxta linkler vasitəsilə melumatları oğurlamağa çalişmaqdır..

O eyni zamanda banklarda kibertəhlükəsizlik tədbirlərinin hansı səviyyədə olmasına toxunaraq qeyd edib ki, təəssüf ki, kibertəhlükəsizliyə aşağı prioritet verilir; buna görə də əksər hallarda şirkətlər büdcələrini tərtib edərkən kibertehlukesizliye qarşı laqeyd qalırlar. Üst səviyyə rəhbərliklər də əfsuslar olsun ki, kibertəhlükəsizlik mövzusuna kifayət qədər diqqət ve qayğı göstərmirlər və bu cür layihələrə dəstək aşağı prioritet kimi dəyərləndirilir. Bu, təhdidlərin təsirini səhv qiymətləndirdikləri üçün ola bilər.

Nurlan Abışov banklara edilən kiberhücumların sayı və səbəblər barədə məlumat verərək "Son vaxtlar zərərli proqram hücumları diqqətimizi fidyə proqramının artan təhlükəsinə yönəldir. SonicWall -ın 2021 -ci il hesabatına görə, 2019-2020 -ci illərdə fidyə proqramları hücumları dünyada 62 %, yalnız Şimali Amerikada 158 % artdı. İllik İnternet Cinayət Hesabatına görə, FTB 2020 -ci ildə təxminən 2500 fidyə proqramı şikayəti aldı, bu da 2019 -cu ilə nisbətən 20 % çoxdur. Bu statistikaya əsasən Azərbaycan Avropada ən böyük 5.03 % paya sahibdir "-deyə qeyd edib. 

Müəllif:Aynur Qəniyeva