BANK

07 Sentyabr

Avstraliya Mərkəzi Bankı aktiv alış nisbətini aşağı salıb

Avstraliya Ehtiyat Bankı siyasət faizində heç bir dəyişiklik etməsə də, planlaşdırıldığı kimi aktiv alış sürətini azaldaraq 2022 -ci ilin fevral ayına qədər alışını davam etdirəcəyini bildirib.
Fins.az xəbər verir ki, Avstraliya Ehtiyat Bankı (RBA), faiz dərəcəsini dəyişməyərək 0.10% səviyyəsində saxlasa da, 3 illik istiqraz faiz hədəfini 0.10% səviyyəsində saxlayıb. Bank, həftəlik aktiv alışını 5 milyard AUD -dan 4 milyard AUD -a endirdiyini və 2022 -ci ilin Fevral ayına qədər alışına davam edəcəyini bildirdi.

Aktiv alışlarının 2022 -ci ilin fevral ayına qədər davam etməsinin iqtisadiyyatda artan delta variantı hadisələrinin yaratdığı qeyri -müəyyənliyi əks etdirdiyini ifadə edən bank, tam məşğulluğa qayıtmaq və Avstraliyada inflyasiya hədəflərinə çatmaq üçün genişləndirici pul siyasətini davam etdirməkdə qərarlı olduqlarını bildirib.

Müəllif:Aynur Qəniyeva