BANK

27 İyul

Pakistan Milli Bankının Bakı filialından 115 min xalis zərər-HESABAT

Pakistan Milli Bankının Bakı filialı (NBP Bakı) 2021-ci ilin 1-ci yarısını 115 min manat xalis zərər ilə başa vurub.

Fins.az xəbər verir ki, 2021-ci ilin yanvar - iyun dövründə filialın cəmi əməliyyat gəlirləri 242 min manat, cəmi əməliyyat xərcləri 369 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən 127 min manat əməliyyat zərəri yaranıb. Ehtiyatdan azad olmuş 12 min manatın hesabına zərər 115 min manata düşüb. Filial cəmi gəlirlərinin demək olar ki hamısını qiymətli kağızlara investisiyalarından əldə edib. 

30 İyun 2021-ci il tarixində "NBP Bakı" 9 milyon 833 min manat cəmi aktivlərə, 426 min manat cəmi öhdəliklərə və 9 milyon 407 min manat cəmi kapitala malik olub. Bankın aktivlərinin 6 milyon 624 min manatını qiymətli kağızlara investisiyalar, 850 min manatını müştərilərə verilmiş kreditlər, 1 milyon 569 min manatını digər aktivlər təşkil edib.