BANK

24 İyun

Azərbaycanın ən iri bankı  dividend ödənilməsinə 75 mln. dollara yaxın vəsait yönəldəcək

“Azərbaycan Beynəlxalq Bankı” ASC 2020-ci ilin yekunları üzrə səhmdarlara dividend ödənilməsinə 127 milyon manat (cari məzənnə ilə $74,7 milyon) yönəldəcək.

“23 iyun ABB-nin səhmdarlarının ümumi yığıncağı keçirilib. Yığıncaqda 2020-ci ilin mənfəətindən 127 milyon manat dividendin ödənilməsinə qərar verilib”, - bankın məlumatında deyilir.

Bundan başqa, səhmdarların qərarına əsasən, Abbas İbrahimov növbəti 3 il müddətinə yenidən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri təyin edilib.

2020-ci ildə ABB-nin milli standartlar üzrə xalis mənfəəti 129 milyon 391,15 min manat təşkil edib