BANK

23 İyun

Azərbaycan Dünya Bankının təklif etdiyi kreditdən imtina edib-RƏSMİ  AÇIQLAMA

Azərbaycan Dünya Bankından 95 milyon ABŞ dolları məbləğində kreditin alınmasından imtina edib. 

Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Mais Piriyev  bildirib ki, Dünya Bankı tərəfindən koronavirus infeksiyasına qarşı mübarizədə bütün ölkələrə təqdim olunan “Sürətli COVID-19 Aləti” layihəsi çərçivəsində güzəştli kredit vəsaitinin cəlb olunmasına Azərbaycan tərəfi də maraq göstərib və müvafiq danışıqlara başlayıb. Lakin kreditin ayrılması istiqamətləri, şərtləri və prosedurları Azərbaycan tərəfini qane etmədiyindən həmin danışıqların aparılması dayandırılmış və bu barədə Dünya Bankına məlumat verilmişdir.

"Hal-hazırda Dünya Bankından sözügedən kreditin alınması gündəmdə deyil".

Dünya Bankının Bakı ofisinin rəhbəri Sara Maykl bildirib ki, Bank Azərbaycanda COVID-19-a təcili cavab tədbirlərinin həyata keçirilməsi layihəsinə 95 milyon ABŞ dolları ayırmağı planlaşdırır:

“Keçən il bir neçə ölkə koronavirus infeksiyasına qarşı mübarizədə ölkələri dəstəkləmək üçün sürətləndirilmiş kredit mexanizmi elan edildikdən dərhal sonra maliyyələşmə üçün müraciət etdi. Bu ölkələrə vəsait ayrıldı və onlar COVID-19 səbəbilə yaranmış əlavə xərclərini qarşılaya bildilər. Azərbaycan hökuməti isə öz növbəsində, bu yaxınlarda müraciət edib. Müvafiq olaraq kredit vasitəsilə artıq xərclədiyi vəsaiti kompensasiya edə biləcək. Yeni xərclər arasında COVID-19-lu pasiyentlər üçün müstəsna xidmətlər göstərən tibb işçilərinə əlavə ödənişlər, avadanlıq alışı, gözlənilməz hallar və stimullaşdırıcı tədbirlər üçün əlavə vəsaitlər ola bilər”.

Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Mais Piriyev