BANK

23 İyun

Türkiyə Mərkəzi Bankının rəhbərindən lirə AÇIQLAMASI

Türkiyə Mərkəzi Bankının sədri Şahap Kavcıoğlu, Türkiyə Banklar Birliyini (TBB) ziyarət edərək idarə heyəti üzvlərilə görüşüb.

Fins.az xəbər verir ki, görüşdə, qlobal və ölkə iqtisadiyyatı, bank sektorundakı proseslər qiymətləndirilib. 

Məlumata görə yığıncaqda Kavcıoğlu:

- TL-nin (Türk Lirəsinin) etibarını artırmaq üçün məcburi ehtiyat normalarında dəyişikliklər edilə bilinəcəyinin mesajını verib,

- TL-nin dəyərinin qorunması üçün qarşıdakı dövrdə banklarla daha sıx əməkdaşlıq ediləcək, 

- Yeni svap razılaşmaları üçün 4 ölkə mərkəzi bankı ilə danışıqlar aparılır və ikisi ilə danışıqlar çox yaxşı nöqtəyə gəlib,

- TL-nin dəyərinin qorunması üçün lazım olan  pul siyasəti addımları atılacaq,

- Mərkəzi Bank valyuta ehtiyatlarının gücləndirilməsi hədəfinə bağlıdır.

Dünən 8,78 səviyyələrinə çatmış Dollar/TL məzənnəsi bu gün səhər 8,66 səviyyələrindədir.