BANK

23 İyun

Azərbaycanda bir adamın nə qədər kredit borcu var?-MƏBLƏĞ

Azərbaycanda adambaşına 1451,44 AZN kredit borcu düşür. 

Bu barədə Baku Research İnstitute-nin araşdırılmasında məlumat verilib.

Məlumata görə adambaşına düşən kredit borcunun ən yüksək olduğu şəhər Bakı şəhəridir. Belə ki, burada adambaşına  5056,34 AZN kredit borcu düşür.

Azərbaycanda adambaşına kredit borcunun ən aşağı olduğu rayon Balakən rayonudur. Bu rayonda adambaşına düşən kredit borcunun məbləği  102,23 AZN təşkil edir. 

Müəllif:Aynur Qəniyeva