BANK

18 May

Dollar son 3 gündə sürətlə ucuzlaşır - SƏBƏB

Dünya birjalarında mərkəzi bank üzvlərinin açıqlamaları ilə dolların digər aparıcı valyutalara nisbətən məzənnələri təzyiq altında qalmaqda davam edir. 

Dallasın mərkəzi bank sədri Robert Kaplan bazar ertəsi gələn ildən tez uçot faizin yüksələcəyini düşünmədiyini deyib. FED-in sədr müavini Riçard Klarida da sonuncu əmək bazarında zəif artıma toxunaraq, iqtisadiyyatın dəstəyə ehtiyac olduğunu vurğulayıb. 

Foreks bazarlarında dollar indeksi Avropa sessiyasında 0.5% düşüb.