BANK

18 May

Biznes kreditləri üçün ən çox hansı banka müraciət edilib – SİYAHI, MƏBLƏĞLƏR

2020-ci ildə baş verən koronavirus pandemiyası və məhdudiyytələr səbəbindən biznesin məruz qaldığı çətinlikləri azaltmaq üçün hökumətin tətbiq etdiyi dəstək tədbirlərindən biri də kreditlərə subsiya verilməsi olub.

Fins.az  xatırladır ki, qaydalara görə, bu dəstək kredit faizlərinin 10%-nin dövlət tərəfindən tərəfindən ödənilməsini nəzərdə tutur. Bu prosesdə dövləti Sahibkarlığın İnkişafı Fondu təmsil edir. 

Fondun yeni Qaydasına əsasən pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların mövcud 1 milyard manat kredit portfeli üzrə faizləri subsidiyalaşdırılır. Belə ki, 10 mart 2020-ci il tarixədək alınmış kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi mart ayından başlayaraq 12 ay ərzində dövlət tərəfindən maliyyələşdirilir. Bu mexanizm kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq tətbiq olunur. Mövcud kredit portfeli üzrə faizlərinin subsidiyalaşdırılması üçün 100 milyon manat vəsaitin ayrılması nəzərdə tutulurdu.

Sahibkarlığın İnkişafı Fondunun məlumatına görə, ötən il ərzində ödkə bankları və digər kredit təşkilatları öz müştəriləri olan sakhibkarların kredit subsidiyası alması üçün 2 375 müraciət ediblər, bu müraciətlərdə 44 milyon manatın ödənilməsi istənilib.

Fond bu müracətlərdən 1992-nə (bütün müraciətlərin 84%-nə) müsbət cavab verib.

Müsbət qərar qəbul edilmiş müraciətlər üzrə kreditlərin qalıq məbləği 483 milyon manat, subsidiyanın məbləği isə 33 milyon manat təşkil edir. Artıq bu məbləğin 20 milyon manatı sahibkarlıq subyektlərinə ödənilib.

Subsidiya üçün müraciətlər ən çox «Expressbank» (465), «Bank Respublika» (442), «Accessbank» (191) və «Bank of Baku» (154) banklardan daxil olub.

Müraciətlərə ən çox müsbət cavab da bu banklara verilib.