BANK

23 Mart

Lirə ucuzlaşdı: Deputatdan Azərbaycan da devalvasiya AÇIQLAMASI

Hər hansı məsələyə münasibət bildirərkən ölkənin sosial-iqtisadi vəziyyəti mütləq nəzərə alınmalıdır. Bizim qeyri-neft sektorunda ixrac məhsullarımızın, xüsusilə sənaye məhsullarının sayı və həcmi çox məhduddur, əsasən kənd təsərrüfatı məhsullarından ibarətdir. Ümumi ixracın təqribən 10%-ni təşkil edir. Ona görə də devalvasiyaya getməklə ixracın stimullaşdırılması barədə fikirlərin ciddi əsası yoxdur.

Fins.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Türkiyə lirəsinin 17%-lik devalvasiyasından sonra bəzi blogerlərin Azərbaycan hökumətini devalvasiyaya getməyə çağırması haqda danışarkən deyib.

Moderator.az-a geniş müsahibəsində bu mövzuya toxunan millət vəkili bildirib ki, devalvasiyaya gedilsə, bu, həm vətəndaşlarımızın sosial vəziyyətini xeyli pisləşdirəcək, həm də iqtisadi islahatların həyəta keçirilməsini əhəmiyyətli dərəcədə çətinləşdirəcək:

“Bu baxımdan manatın kursunu nə qədər sabit saxlamaq mümkündürsə, bunu etməli, iqtisadi islahatları sürətləndirməliyik. Xammal ixrac etməkdənsə, böyük perspektivləri olan kimya və yüngül sənayeni inkişaf etdirməli, süründürməçiliyə son qoyub Ümumdünya Ticarət Təşkilatına üzv olmalıyıq".