BANK

22 Yanvar

Banklarda bəzi proseslərin hüquqi tənzimlənməsi ilə bağlı müzakirə

Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib.

Görüşdə Ekspert Qrupunun sədri Qorxmaz Ağayev və bankların rəhbər şəxslərindən ibarət olan Qrupun üzvləri iştirak edib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyası (ABA) məlumat yayımlayıb 

İclasda bəzi qanunvericilik aktlarına təklif edilən dəyişikliklərin və bankların fəaliyyətində bəzi proseslərin hüquqi tənzimlənməsi ilə bağlı məsələlərin müzakirəsi aparılıb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Müəllif:Aynur Qəniyeva