BANK

19 Yanvar

Sahibkarlar ən çox bu bankların xidmətindən istifadə edib

2020-ci ildə Xaçmaz KOB evində sahibkarlara 20759 xidmət göstərilib. Bu xidmətlərin 95%-ni dövlət-biznes (“G2B”), 5%-ni isə biznes-biznes (“B2B”) xidmətləri təşkil edib. Göstərilmiş xidmətlərdən 4975-i (24%) sənəd qəbulu, 14210-u (68%) hazır sənədin əldə edilməsi və 1574-ü (8%) məlumat xarakterlidir.

“G2B” xidmətlərin 70%-i İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (13752 xidmət), 20,5%-i Dövlət Vergi Xidməti (4034 xidmət), 2,2%-i “Azəriqaz” İstehsalat Birliyi (441 xidmət), 2,1%-i “Azərpoçt” MMC (404 xidmət), 1,4%-i Əmlak Məsələləri Dövlət Xidməti (268 xidmət) tərəfindən göstərilib.

KOB evinə müraciət etmiş sahibkarlar “B2B” xidmətlər üzrə daha çox “Azercell Telekom” MMC, “Rabitə Bank” ASC, “Prior Leasing” ASC, “Kapital Bank” ASC, "Azərbaycan Beynəlxalq Bankı"nın xidmətlərindən istifadə ediblər.

Fins.az xəbər verir ki, hazırda sahibkarların KOB evinin xidmətlərindən məmnunluq göstəricisi 98%-dir. Qeyd edək ki, Xaçmaz KOB evi tərəfindən sahibkarlara göstərilən xidmətlərdən məmnunluq səviyyəsi elektron sistem vasitəsilə, hər bir xidmət üzrə yerindəcə ölçülür.

Pandemiya ilə əlaqədar növbə sıxlığının aradan qaldırılması, vətəndaşlar arasında təmasın minimuma endirilməsi, eləcə də vaxt itkisinin qarşının alınması məqsədilə 2020-ci ildə Xaçmaz KOB evinə müraciət edən sahibkarlar üçün onlayn növbə sisteminin (KOB növbə) tətbiqinə başlanılıb.

Müəllif: Aynur Qəniyeva