BANK

18 Yanvar

VTB (Azərbaycan) müştəriləri ƏDV-nin bir hissəsini bank kartlarına geri ala biləcək  

VTB (Azərbaycan) müştərilərinə ticarət-servis müəssisələri və ictimai iaşə obyektlərində  ödəniş zamanı tutulan əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin qaytarılması imkanı verir.

Vəsaiti qaytarmaq üçün aşağıdakılar tələb olunur:

  • www.edvgerial.az portalında qeydiyyatdan keçmək
  • Şəxsiyyət vəsiqəsinin FİN-kodunu, doğum tarixi və mobil nömrəni göstərməklə şəxsi kabinet yaratmaq
  • Kassa aparatında verilən çekin üzərindəki 12 simvollu fiskal nömrəni daxil etmək.

Toplanmış vəsaitin bank kartına köçürülməsi üçün portalın “Köçürmələr” bölməsində bank kartının 16 simvollu rəqəmini, eləcə də sahibinin ad və soyadını daxil etmək lazımdır. Vəsait karta bir gün ərzində köçürülür. Köçürmə üzrə komissiya 1% təşkil edir.

Ticarət müəssisələrində və ya ictimai iaşə obyektlərində alınmış mallara görə qaytarılan məbləğ nağdsız ödənişlər üçün 15% təşkil edir. ƏDV-nin geri qaytarılan hissəsinin məbləği kassa çeki qeydiyyata alınandan 30 gün sonra portalda əks olunur.