BANK

18 Yanvar

ABŞ-ın yeni maliyyə nazirindən dollarla bağlı AÇIQLAMA

ABŞ-da yeni müddətə Maliyyə Nazirliyi tərəfindən təyin olunan keçmiş Fed sədri Janet Yellen, dolların dəyərinin bazar tərəfindən təyin olunacağını vurğulamağa hazırlaşır.

Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, Yellenin təqdimatla çıxış edəcəyi nazirlərin təsdiqinə dair iclas çərşənbə axşamı keçiriləcək.
Məlumata görə prezident Baydenin ABŞ-da xəzinə naziri olaraq təyin etdiyi Janet Yellen nazirliyinin təsdiqlənəcəyi təqdimatda, dollarla yanaşmasını izah edəcəyini bildirib. 

Wallet Journal-ın hesabatına görə Janet Yellen, dolların dəyərinin bazarlar tərəfindən təyin ediləcəyini və ABŞ-ın rəqabət üstünlüyü üçün dolları zəiflətməyəcəyini açıqlayacaq.

Bu həftə, çərşənbə axşamı, Yellenin Maliyyə Nazirliyindəki missiyasının təsdiq sessiyası ABŞ Senatında keçiriləcək. Yellenin iclasda asanlıqla təsdiq alması gözlənilir.

Yellenin təqdimatı ilə əlaqədar məlumatı olan mənbələrə toxunan jurnal, senatorlar tərəfindən məzənnə siyasəti ilə əlaqədar soruşulsa, Yellen, "ABŞ dolları və digər valyutaların dəyəri bazarlarda təyin olunmalıdır. Bazarlar, iqtisadi göstəricilərə və qlobal iqtisadiyyata uyğun olaraq valyutalarda lazımi düzəlişləri edəcək ”deyə qeyd edib. 

Yellenin ABŞ-ın rəqabət üstünlüyü qazanmaq üçün daha zəif valyuta hədəfləməyəcəyini və digər ölkələrin bu cür təşəbbüslərə qarşı duracağını vurğulaması da gözlənilir.

Müəllif: Aynur Qəniyeva