BANK

15 Yanvar

ADİF: Bağlanmış banklarda problemlərlə üzləşmiş əmanətçilərin nəzərinə çatdırırıq ki..

Bakı, 15 yanvar Fins.az

 Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 24 min 236 əmanətçiyə 616,85 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.
Fins.az xəbər verir ki,Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan yanvarın 14-dək ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 235,33 milyon manat kompensasiya ödənilib. "AG Bank" üzrə 4611 əmanətçiyə 109,67 milyon manat, "NBC Bank" üzrə isə 4160 əmanətçiyə 125,65 milyon manatdan çox kompensasiya ödənilib. İyunun 1-dən yanvarın 14-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 381,52 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə "Amrah Bank" üzrə 5754 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 139,46 milyon manat, "Ata Bank" üzrə 9711 əmanətçiyə isə 242 milyon manat təşkil edib.
Məlumatda bildirilir ki, Azərbaycan Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə fəaliyyəti əsasında fondun hazırlanan yeni strateji modelinin bu ilin sonunadək formalaşdırılması nəzərdə tutulub. Qeyd edək ki, yeni strateji modelin hazırlanması ölkə iqtisadiyyatına, bank sektoruna və əmanətçilərə öz yüksək töhfəsini verməsi gözlənilir. Bağlanmış banklarda problemlərlə üzləşmiş əmanətçilərin nəzərinə çatdırırıq ki, sözügedən məsələ ilə əlaqədar vəsaitlərin qanunvericiliyə müvafiq qaydada və qısa müddətdə qaytarılmasının təmin edilməsi ilə bağlı Əmanətlərin Sığortalanması Fondu tərəfindən bütün lazımi tədbirlər görülür.