BANK

09 Yanvar

“Bank Melli İran”ın Bakı filialı 2020-ci ildə aktivlərini 5,1% azaldıb

Bakı, 9 yanvar Fins.az

 

“Bank Melli İran”ın Bakı filialı 2020-ci ildə aktivlərini 5,1% - 93 milyon 699,49 min manata qədər azaldıb. 

Fins.az barədə bankın filialından məlumat verilib.

Hesabat dövründə bankın kredit portfeli 24,8% - 5 milyon 221,829 min manata qədər artıb.

Aktivlərin strukturunda nağd vəsaitlər və digər banklardakı müxbir hesablar ən çox xüsusi çəkiyə malikdir və 55 milyon 386,432 min manat (31 dekabr 2019-cu il tarixinə olan göstərici ilə müqayisədə azalma 7,2%), investisiya qiymətli kağızları 22 milyon 430,443 min manat (azalma 1,7%) təşkil edir.

31 dekabr 2020-ci tarixinə “Bank Melli İran”ın Bakı filialının öhdəlikləri 56 milyon 320,706 min manata (azalma 9,3%) bərabərdir. Bankın maliyyə institutları qarşısındakı öhdəlikləri 17,6% – 26 milyon 158,022 min manatadək, müştəri hesabları 10,4% - 10 milyon 702,689 min manatadək azalıb.

Dekabr ayının sonuna bankın kapitalı 37 milyon 378,783 min manat (artım 2,1%), nizamnamə kapitalı 73 milyon 611 min 171,44 manat (dəyişməyib) təşkil edib.

2020-ci ilin yekunları üzrə bankın xalis mənfəəti 783,84 min manat (2019-cu ildə xalis zərər 16 milyon 556,7 min manat təşkil edib - İF) məbləğində olub.

2020-ci il dekabrın 31-nə bankın bölüşdürülməmiş zərəri 36 milyon 232,387 min manat (azalma 2,1%) məbləğində qiymətləndirilir.

“Bank Melli İran”ın Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir.