BANK

08 Yanvar

Avropa Bankı Azərbaycana 17 milyon avro kredit verib

Bakı, 8 yanvar Fins.az

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2020-ci ildə Azərbaycanda layihələrin icrası üçün 17 milyon avro məbləğində kredit verib.

Fins.az xəbər verir ki,2020-ci ildə AYİB Azərbaycanda 6 layihənin həyata keçirilməsi üçün 17 milyon avro məbləğində kredit ayırıb.Bütün layihələr Azərbaycanın özəl sektorunda maliyyələşdirilir.

2019-cu ildə AYİB Azərbaycandakı 5 layihəni maliyyələşdirdi, bu məqsədlər üçün 17 milyon avro məbləğində kredit ayırıb. 2016-2020-ci illərdə AYİB Azərbaycanın dövlət və özəl sektorlarında 34 layihəyə kredit verilməsi üçün ümumilikdə 857 milyon avro ayırılıb.