BANK

07 Yanvar

Valyuta hərracı keçirilib - NƏTİCƏSİ

Bakı, 7 yanvar Fins.az

7 yanvar 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 70,6 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.