BANK

07 Yanvar

İlham Əliyev: Biz öz valyuta ehtiyatlarımızı qoruya bilmişik

Bakı 7 Yanvar Fins.az

Neft Fondunun vəsaiti azalmayıb, artıb. Bu, bəlkə də bir çoxları üçün təəccüblüdür. Çox yox, amma təqribən 0,5% artıb. Deməli, biz öz valyuta ehtiyatlarımızı qoruya bilmişik.

Fins.az xəbər verir ki, bunu yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə deyib.

Prezident bildirib ki, 2020-ci il dekabrın 31-də Azərbaycan qazının Avropaya ilk nəqlinə başlanılıb. “Bu, bizim tarixi nailiyyətimizdir. Çünki Cənub Qaz Dəhlizinin təşəbbüskarı da bizik. Əminəm ki, bu layihələrin işlənməsi bizə əlavə dividendlər gətirəcək - həm iqtisadi, həm siyasi”, - deyə dövlət başçısı vurğulayıb.