BANK

07 Yanvar

Bağlanan bankların əmanətçilərinə ödənilmiş vəsaitin məbləği AÇIQLANIB

Bakı 7 Yanvar Fins.az

Ötən ilin iyunun 16-dan bu ilin yanvarın 6-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə 234,94 mln. manatdan çox kompensasiya ödənilib.

Əmanətlərin Sığortalaması Fondundan (ADIF) Fins.az-a  verilən məlumata görə, "AGBank" üzrə 4 595 əmanətçiyə 109,39 mln. manat, "NBCBank" üzrə isə 4 152 əmanətçiyə 125,54 mln. manat kompensasiya verilib.

2020-ci ilin iyunun 1-dən cari ilin yanvarın 6-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 381,2 mln. manatdan çox kompensasiya ödənilib.

Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 747 əmanətçiyə ödənilən məbləğ 139,42 mln. manat, "Atabank" üzrə isə 9 693 əmanətçiyə 241,77 mln. manat kompensasiya verilib.

Ödəniləcək kompensasiyanın ümumi məbləği 676,1 mln. manat təşkil edir ki, yanvarın 6-na 24 187 əmanətçiyə bu məbləğin 616,14 mln. manatdan çoxu artıq ödənilib. Beləliklə, kompensasiya ödənişlərinin 91,1%-i təmin olunub.