BANK

07 Yanvar

Asiya İnkişaf Bankının Azərbaycan ofisinə yeni rəhbər təyin olunub

Bakı, 7 Yanvar Fins.az

Candice Mcdeigan, Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı ofisinin yeni direktoru təyin edildi.

"Candice McDigan AİB-in Azərbaycandakı ofisinin yeni direktoru təyin edildi, vəzifəsinə 2021-ci ilin yanvarında başladı" deyə bankın Bakıdakı ofisi bildirib.

McDigan bu vəzifədə Nariman Mannapbekovu əvəzləyib.

Azərbaycana təyinatından əvvəl McDigan AİB-in Qırğızıstandakı ofisinə rəhbərlik edib.

Mannapbekov 2016-cı ilin aprelindən 2020-ci ilin sonunadək AİB-in Azərbaycandakı nümayəndəliyinə rəhbərlik edib.

Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövrü ərzində Bank Respublikaya 5 milyard dollardan çox kredit verib.