BANK

06 Yanvar

Azərbaycanda 2020-ci ildə valyuta bazarına təzyiq

Bakı; 6 Yanvar Fins.az

2020-ci ilin mart ayında neftin qiymətinin ucuzlaşması valyuta bazarında təzyiqin güclənməsinə gətirib çıxardı 

Fins.az xəbər verir ki, manatın devalvasiyası ilə əlaqədar qorxu xarici valyuta, öncə ABŞ dollarına kəskin tələbata gətirib. 2020-ci ildə ARDNF dövlət büdcəsinə 11,35 milyard manat məbləğində transfertlər üzrə öhdəliyin icrası üçün valyuta bazarında 6,8 milyard  dollar satmağı planlaşdırırdı. Lakin mart ayında Azərbaycan Mərkəzi Bankı və Azərbaycan hökuməti vəziyyətin dəstəklənməsi məqsədilə yeni planı təcili sürətdə yerinə yetirməli oldu.

Eyni zamanad  Azərbaycan Mərkəzi Bankı və ARDNF hərraclarda xarici valyutanın satış həcmini kəskin artırmalı oldu. Mart ayında bu satışların həcmi 1,9 milyard dolları ötüb, baxmayaraq ki, 2020-ci ilin yanvar-noyabr aylarında satışların həcmi 6 milyard 665,9 milyon dollar edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 16,8%  artırıb.