BANK

06 Yanvar

Dünya Bankı: 2021-ci ildə neftin qiyməti sabitləşdikcə Azərbaycanda iqtisadi fəallıq..

Bakı 6 Yanvar Fins.az

Dünya Bankının qiymətləndirmələrinə görə, 2021-ci ildə neftin qiyməti sabitləşdikcə Azərbaycanda iqtisadi fəallıq da artacaq.

Fins.az xəbər verir ki,bundan başqa, ölkə iqtisadiyyatı Qarabağın bərpasına investisiya qoyuluşundan və çəkilən xərclərdən fayda götürəcək.

"Azərbaycan və Ermənistan arasında sülh haqqında bəyanat isə regionda geosiyasi gərginliyi azaldacaq", - deyə məruzədə bildirilir.

İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2020-ci ilin yekunları üzrə ölkədə ÜDM 4% azalacaq, 2021-ci ildə isə iqtisadi artım 3,4% təşkil edəcək.

2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb.*