BANK

27 İyul

S&P manatın məzənnəsi ilə bağlı proqnozunu AÇIQLAYIB

SP Global Ratings beynəlxalq reytinq agentliyi Azərbaycanın milli valyutasının ABŞ dollarına nisbətdə orta müddətdə 1,7 AZN / 1 dollar səviyyəsində qalacağını proqnozlaşdırır, lakin neftin ucuzlaşması halında məzənnənin düzəldilməsini mümkün hesab edir.

“Fikrimizcə, neftin qiymətinin qeyri-sabit konyunkturası və Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarının dəyərdən düşməsi fonunda manatın dollara nisbəti təzyiq altında qalır. Bununla belə, hakimiyyətin valyuta bazarına müntəzəm müdaxilələr nəticəsində manatın dollara nisbətini 1,7 AZN / 1 dollar səviyyəsində saxlayacağını güman edirik "deyə SP analitikləri hesab edir. Fins.az İnterfaks-a istinadən xəbər verir ki, bu ilin mart ayında devalvasiya təzyiqi artdığından, ARDNF-nin iştirakı ilə AMB-nin planlaşdırılan və növbədənkənar valyuta hərracları xarici valyutanın kifayət qədər tədarükünü təmin etdi və aprel-may ayları ərzində idxalın azalması valyutaya tələbi azaldıb.

"Neft qiymətləri daha az əlverişli olarsa, hakimiyyət valyuta ehtiyatlarını 2015-ci ildə müşahidə olunan qiymətə bənzər dərəcədə itirməmək üçün tənzimləyə bilər" deyə SP şirkətinin analitikləri bildiriblər.

Müəllif:Aynur Qəniyeva