BANK

27 İyul

Azərbaycanda POS-terminalların sayı artıb

Ölkədə fəaliyyət göstərən POS-terminalların sayı 55 min 631 ədəd təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, bu göstərici may ayı ilə müqayisədə 604 ədəd çoxdur. POS-terminalların 36 min 326-sı Bakıda, 19 min 305-i regionlarda quraşdırılıb.