BANK

25 İyul

Rezidentlərin və  qeyri-rezidentlərin bank əmanətlərinin həcmi AÇIQLANIB

1 iyul 2020-ci il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 7 milyard 351,4 milyon manat təşkil edib
Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, sözügedən tarixdə qeyri-rezidentlərin – 355 milyon manat təşkil edib.
İlin əvvəlinə nisbətən ölkənin bank sektorunda rezidentlərin əmanətlərinin həcmi 10,4%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 18,2% azalıb.

Hesabat dövründə banklarda əmanət və depozitlərin həcmi 22 milyard 565,5 milyon manat təşkil edir ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 8,8% azdır

Müəllif:Aynur Qəniyeva