BANK

26 İyul

Azərbaycanda əmanətlərin dollarlaşma səviyyəsi AÇIQLANIB

2020-ci ilin yanvar-iyun aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 10,8% - 7 milyard 706,4 milyon manatadək azalıb.

Hesabat dövründə əhalinin xarici valyutada əmanətləri 7,6% - 4 milyard 161,4 milyon manatadək və ya bütün əmanətlərin 54%-i səviyyəsində azalıb (2019-cu ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 52,2% təşkil edib). May ayının sonuna dollarlaşma 53,9% səviyyəsində olub.