BANK

25 İyul

"Premium Bank” -ın xalis mənfəəti 3,2% AZALIB

Premium Bank” ASC 2020-ci ilin yanvar-iyun aylarında aktivlərini 4,4% - 670,81 milyon manatadək artırıb.

30 iyun 2020-ci il tarixinə bankın kredit portfeli 564,012 milyon manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 0,6%) təşkil edib.

Hesabat dövrünün sonuna bankın öhdəlikləri 485,118 milyon manata (azalma 5,7%) bərabərdir.

2020-ci il iyunun sonuna bankda depozitlər 432,066 milyon manat (azalma 8,2%), o cümlədən əhalinin əmanətləri 330,323 milyon manat (azalma 10,7%) təşkil edib.

2020-ci il iyunun 30-na bankın nizamnamə kapitalı 154,601 milyon manata (artım 47,8%), kapitalı 185,692 milyon manata (artım 45,1%) bərabərdir.

Birinci yarımilliyin yekunları üzrə bankın xalis mənfəəti 7,6 milyon manat (azalma 3,2%) təşkil edib.

“Premium Bank” ASC 2008-ci il yanvar ayının 25-dən fəaliyyət göstərir və aktivlərinin həcminə görə aparıcı bankların onluğuna daxildir. Bankın səhmdarları 2 fiziki və 1 hüquqi şəxsdir