BANK

24 İyul

Azərbaycan əhalisi iyunda nağd dollar alışını azaldıb

Bu ilin iyun ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 144 686,9 min dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni ayına nisbətən 34 746,1 min dollar və ya 19,4 % azdır.

 Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalara görə, may ayı ilə müqayisədə isə iyunda ölkə əhalisi dollar alışını 83 128,5 min dollar və ya 36,5% azaldıb.

Bundan başqa, bu ilin iyun ayında ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 103 487,9 min dollar təşkil edib ki, bu da 2019-cu ilin müvafiq ayına nisbətən 38 354,7 min dollar və ya 27% azdır, bu ilin may ayı müqayisədə isə 32 293,7 min dollar və ya 45,4% çoxdur.

(c)APA