BANK

24 İyul

Expressbank hesabat verdi -KAPİTALINI 6% ARTIRIB

Expressbank-ın aktivləri 2020-ci ilin birinci yarısında 11,3% azalaraq 300,535 milyon manata enib

30 iyun 2020-ci il tarixinə bankın kredit portfeli 215,815 milyon manat (azalma 3,6%), xüsusilə istehlak kreditləri 120.119 milyon manat (azalma 12.6%), biznes kreditləri 67.364 milyon manat (artım 15, 2%)  təşkil edir.

Hesabat dövründə bankın öhdəlikləri 179.249 milyon AZN (azalma 20.1%) təşkil edib. Əmanət portfeli 2020-ci ilin iyul ayının əvvəlinə 126.276 milyon manat (azalma 27.5%), xüsusilə əhalinin əmanətləri 107.804 milyon manat (azalma 24.4%) olub.

İyun ayının sonuna Expressbank-ın kapitalı 121,286 milyon manat (artım 6%), nizamnamə kapitalı 112.545 milyon manat (dəyişməyib ) təşkil edib.

Bankın 2020-ci ilin birinci yarısında xalis mənfəəti 6.641 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə artım ) olub.

Müəllif:Aynur Qəniyeva