BANK

21 İyul

Dollar sürətlə dəyər itirir

Avropa ölkələrinin yenidənqurma fondu və büdcə ilə bağlı bu gün səhər razılığa gəldikdən sonra EUR/USD məzənnəsində bahalaşma müşahidə edilib. Asiya sessiyasında 1.470$-da müqavimətlə rastlaşan məzənnə, yenidən ucuzlaşsa da 1.14$-ın üzərində qaldıqca, bahalaşmaqda davam edəcəyi proqnozlaşdırılır. 

Foreks bazarlarında dolların dəyər itirməsi, funtun da qiymətində özünü bahalaşma ilə göstərir. Beləliklə, GBP/USD valyuta cütlüyünün qiyməti 1.2686$-ı qırarsa, 1.28$-a kimi dəyər qazana bilər.