BANK

20 İyul

SUP.VC şirkəti və PAŞA Bankın birgə təşkilatçılığı ilə “International Fintech Evening” tədbiri keçiriləcək

SUP.VC şirkəti və PAŞA Bankın birgə təşkilatçılığı ilə “International Fintech Evening” tədbiri keçiriləcək.
Fins.az xəbər verir ki Saving Global/Raisin, Delivery Hero, Nearbanking tədbirinin VK.COM, Yandex Money, Lending
Club, Alkredit.az, Mandarin.io, Neodigital, Optio.ai, Payzakat və Paym.es-dən olan spikerlərlə tədbir, avqust ayının 7-si keçirilməsi planlaşdırılır.Məlumata görə  tədbir hər biri 45 dəqiqə olan ”Traditional banking has changed strategy”, “Is fintech boosting financial inclusion?” və “Big Tech bursts on the scene” adlı 3 sessiyadan ibarət olacaq.
Qeyd edək ki, 2015-ci ildə qurulan SUP.VC şirkəti startaplara xarici və yerli mentorlar vasitəsiylə məhsulu inkişaf etdirilməsində, müştəri bazası toplamaqda, investorların cəlbində kömək edən startap akseleratorudur.2018-ci ildən etibarən isə SUP.VC regiondakı xüsusi korporativ innovasiya proqramları təklif etmək üzrə ixtisaslaşmışdır. Qlobaldan 38 mentor, 12 beynəlxalq hackathon, 22 startap şirkətinə ev sahibliyi edən SUP.VC, həmçinin bir neçə Fintech tədbirinin də təşkilatçısıdır.
Sözügedən təşkilat bundan əvvəl UNİBANK-la birgə təşkil olunan 54 saatlıq Startup Weekend Fintech tədbiri, Bank Respublika ilə Fintech İnkubasiya Proqramı, VİSA-la Fintech Meetup, PASHABank-la
Fintech WEEK, hətta Silikon Vadisinə Fintech Tur da məhz SUP.VC tərəfindən reallaşdırılıb.

Müəllif:Aynur Qəniyeva