BANK

18 İyun

İndaneziya Mərkəzi Bankı faizi aşağı saldı

İndoneziya Mərkəzi Bankı, koronavirus pandemiyasının iqtisadi təsirləri ilə əlaqədar narahatlığı səbəbiylə faizləri aşağı salıb. Bank 2020 böyümə proqnozunu  da endirib.

Fins.az xəbər verir ki, bu barədə "bloomberg" məlumat yayımlayıb

Məlumata görə, İndoneziya Mərkəzi Bankı üç ayda ilk dəfə olaraq faiz bəndini və 2020 böyümə proqnozunu endirib. İndoneziya hökuməti bir neçə gün əvvəl iqtisadiyyatın koronavirus pandemiyasının təsirlərindən zərbə alacağı ilə bağlı  xəbərdar etdib.

Bank, iki aylıq fasilədən sonra cümə axşamı günü yeddi günlük əks repo faiz dərəcəsini 25 əsas faiz bəndi azaldaraq 4.25 faiz səviyyəsinə endirib. Bloomberg sorğusunda iştirak edən 22 iqtisadçıdan 15-i bankın bu qərarı verəcəyini proqnozlaşdırdı, digər ekspertlər isə dəyişiklik gözləmirdilər.

Cənub-Şərqi Asiyanın ən böyük iqtisadiyyatındakı pisləşən göstəricilər və  valyuta dəyişkənliyi ilə əlaqədar narahatlıqları nəzərə alaraq bank rəhbərliyini tədbir görməyə məcbur edib.

İndoneziya MB, bu il üçün iqtisadi artım proqnozlarını 0.9 faizdən mənfi 1.9 faizə endirib. Hökumət bu həftənin əvvəlində böyümə proqnozuna yenidən baxıb. Buna görə də  rəsmi olaraq 0 ilə 1% arasında artım olacağı proqnozlaşdırıldığı elan edilib.

Bazar ertəsi açıqlanan ticarət məlumatlarına görə, May ayında İndoneziyada idxal əvvəlki ilin eyni dövrü ilə müqayisədə 42 faiz azalıb. İxrac  29% nisbətində azalıb.

Müəllif:Aynur Qəniyeva