BANK

18 İyun

İsveçrə Mərkəzi Bankı valyuta bazarına müdaxilələrini davam etdirəcək

İsveçrə Mərkəzi Bankı faiz dəyişikliyi etməyib. Bank valyuta bazarına müdaxilələrini davam etdirməyə qərar verib.

Fins. az xəbər verir ki, bu barədə məlumat "bloomberg"-in məlumatında yer alıb.

Məlumata görə, İsveçrə Mərkəzi Bankı (SNB), aqressiv xarici valyuta müdaxilələrinin frankın koronavirus pandemiyasıın səbəb olduğu yüksəlişinə qarşı mübarizədə əsas vasitə olaraq qaldığını bildirib

Mərkəzi bankın rəhbəri Tomas Jordan frankın dəyərinin  "həddən artıq" qiymətləndirildiyini bildirərək, mərkəzi bankın lazım gəldikdə frank satmağa davam edəcəyini vurğulayıb. Səlahiyyətlilər, iqtisadiyyatın bu il təxminən 6 faiz  kiçiləcəyinə dair xəbərdarlıq etdiblər.

Digər böyük mərkəzi banklar müdaxilələri  artırsalar da,İsveçrə Mərkəzi bankı  sınanmış mənfi faiz yanaşmasını və valyuta bazarlarına sadiqliyini qoruyub saxlayıb. İngiltərə Bankı (BoE) və Fed faiz nisbətlərini azaltsa da, Avropa Mərkəzi Bankı (ECB) cümə axşamı günü son siyasət qərarını elan edəcək 1.35 trilyon avro (1.5 trilyon dollar) olan yeni bir aktiv alış proqramına başlayıb.

"Artıq qiymətləndirilmələrə əsaslanaraq bank , valyuta bazarına daha güclü müdaxilə etməyə hazırdır" deyə İsveç Mərkəzi bakınının çərşənbə günü yayımladığı açıqlamada qeyd edilir.

Müəllif: Aynur Qəniyeva