BANK

17 İyun

Deutsche Bank qızılın unsiyası üçün proqnozunu 2000 dollar səviyyəsinə qaldırıb

Deutsche Bank, 2021-ci ilin sonunadək proqnozunu 2000 dollara qədər artırsa da  2020-ci ilin sonuna olan proqnozunu bir unsiya üçün 1800 dollar səviyyəsində saxlayıb.

Fins.az xəbər verir ki, bu barədə "bloomberg" məlumat yayımlayıb

Məlumata görə, "Deutsche Bankı"-n, uzunmüddətli pul siyasəti zəminində əməliyyatlarının həcmini ən azı 2021-ci ilə qədər genişləndiriləcəyi bildilib.Aşağı faiz dərəcələrini, bərpa mərhələsindəki iqtisadi əsasları və zəif dollar meyli əsas amillər kimi nəzərdən keçirilir.

Deutsche Bankın ekspertlərinin16 iyun tarixli hesabatında "Fed-in 1 - 2 illik siyasət istiqaməti, bərpa tədbirlərini daxil edə biləcəyini və uzunmüddətli istiqraz faiz nəzarətinə imkan verən ölçüdə investorlardan qızıl tələb etməsini davam etdirəcəyini gözləyirik." ifadəsi yer alıb.

"Fed-in pul siyasəti strategiyası eyni zamanda orta faiz hədəflənməsinin qəbul edilməsi ilə nəticələnəcək"  deyilən hesabatda 2021-ci ilin sonu üçün bank qızıl proqnozu bir unsiya üçün 1750 dollardan 2000 dollara qaldırılıb. 2020-ci ilin sonuna olan proqnozunu 1800 dollar səviyyəsində saxlanılıb.

Müəllif: Aynur Qəniyeva